• $
  • €
  • ₽
  • ₺
  • £

Hulusi Akar: "Müttəfiqlərimiz terrorla mübarizədə Türkiyəyə yardım etmədi"

Hulusi Akar: "Müttəfiqlərimiz terrorla mübarizədə Türkiyəyə yardım etmədi"
11.06.2021 23:59
"NATO-dakı müttəfiqlərimiz dünyanın bir çox bölgəsində terror qruplaşmalarına qarşı qətiyyətlə mübarizə etsə də, təəssüf ki, PKK/YPG-PYD terror qruplaşmasına qarşı eyni qətiyyəti göstərməmişdir”.

"Report” "TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənn milli müdafiə naziri Hulusi Akar beynəlxalq hərbi təşkilat statusu almış Dəniz Təhlükəsizliyi Mükəmməl Komandanlığının (MARSEC COE) açılış mərasimindəki çıxışında bildirib.

Onun sözlərinə görə, Türkiyə ayrı-seçkilik etmədən 4 milyon suriyalıya sığınacaq verib, 5 milyon suriyalıya isə Suriyanın şimalında yaşamaları üçün dəstək göstərib: "Türkiyə olaraq NATO-nun mövcudluğu və əhəmiyyətinin getdikcə artdığını düşünürük. Bu səbəbdən alyans daha da gücləndirilməli və NATO əsl müttəfiqlik ruhunda fəaliyyət göstərməlidir. NATO-nun ikinci böyük ordusuna sahib olan Türkiyə özünün və birliyin təhlükəsizliyinin yükünü, bütün dəyərlərini paylaşır. Komanda quruluşu da daxil olmaqla NATO missiyalarına, əməliyyatlarına və qərargahlarına təxminən 3 000 nəfərlik heyəti ilə qatılaraq sıralamadakı ilk beş ölkə arasındayıq. Bundan əlavə, ümumi daxili məhsulun təxminən yüzdə ikisi ilə hərbi büdcəyə ən çox töhfə verən ilk səkkiz ölkədən biri Türkiyədir.
 
Xüsusilə Türkiyə bölgəsindəki risklər, təhdidlər və təhlükələr ilə məşğul olmasına baxmayaraq, alyansın təlimlərinə, güc strukturuna və heyətinə fasiləsiz qatılır, NATO-nu qorumaq üçün nə lazımdırsa edir. Avropanın terrorizmə, qaçaqmalçılığa və insan alverinə qarşı sərhədlərini qorumaq üçün nə lazımdırsa edir”.

H.Akar deyib ki, beynəlxalq təhlükəsizliyi və regional sabitliyi təhdid edən PKK/YPG-PYD və İŞİD terror qruplaşmalarının Suriyanın şimalındakı hücumlarına qarşı mübarizə üçün Türkiyə müttəfiqlərinə çoxsaylı müraciətləri cavabsız qalıb: "Bu müraciətələr yerinə yetirlmədi. Türkiyə terrora qarşı mübarizədə yalnız buraxıldı”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol