Cənub Okeanı beşinci okean kimi rəsmən təsdiqləndi

Elmi sənədli filmlərin istehsalı və yayımı ilə dünyada tanınan "National Geographic” jurnalı Antarktika qitəsi ətrafındakı suları 5-ci okean kimi tanıdığını açıqlayıb.
"Cənub Okeanı uzun müddət elm adamları tərəfindən tanınırdı, lakin beynəlxalq səviyyədə heç bir razılaşma olmadığı üçün biz onu rəsmi olaraq heç vaxt tanımadıq”, - deyə "National Geographic Society”nin coğrafiyaşünası Aleks Teyt qeyd edib.
Məqalədə bildirilib ki, Cənub Okeanı Antarktidanın sahilindən 60 dərəcə cənub enliyinə qədər uzanır. Bununla da Cənub Okeanı ərazi əhatəsinə görə Şimal Buzlu Okeandan sonra ən kiçik okean olacaq.
Milli Okean və Atmosfer İdarəsinin məlumatına görə, təşkilat Cənub Okeanının dünya xəritəsinə əlavə edilməsi üçün 2000-ci ildə verilmiş təkliflə hələ razılaşmayıb. Bununla birlikdə, ABŞ da daxil olmaqla əksər ölkələr su kütləsini fərqli olaraq tanıyır.
Teyt jurnala açıqlamasında təşkilatın yeni siyasətinin təhsilə böyük təsir göstərəcəyinə ümid etdiyini bildirib.
www.anews.az
























