ABŞ-da atışma: 2 ölü, 7 yaralı

ABŞ-ın Savanna şəhərində (Corciya ştatı) baş vermiş atışma nəticəsində iki nəfər həyatını itirib, daha yeddi nəfər yaralanıb.
Onun məlumatına görə, insident yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 05:00-da) baş verib. İki yaralı kritik vəziyyətdədir. Yaralananlar arasında, həmçinin 2 yaşlı uşaq və 13 yaşlı yeniyetmə var.
Polis şübhəlilərin axtarışını aparır, atışmanın mümkün səbəbi haqda məlumat hələ verilməyib
www.anews.az
























