Toy mərasimindən qayıdanları oğurlayıb qətlə yetirdilər

Əfqanıstanın Kabil əyalətində baş verən silahlı hücum nəticəsində ən azı beş nəfər həyatını itirib.
Anews.az oxu.az-a istinadən bildirir ki, hadisə Paqman mahalında baş verib. Silahlı şəxslər toy mərasimindən qayıdan insanları qaçırıblar, sonra isə onları öldürüblər.
Bildirilir ki, ölənlər arasında mücahidlərin keçmiş komandiri olub, qurbanların qalan hissəsi isə onun qohumlarıdır.
www.anews.az
























