Amerika Kubokunda koronavirusa yoluxanların STATİSTİKASI
Futbol üzrə Amerika Kubokunda koronavirusa yoluxanların sayı açıqlanıb.
Cənubi Amerika Futbol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, infeksiya aşkarlanan şəxslərin sayı 140-a çatıb. Turnirin başlanğıcından 15 235 test aparılıb. Xəstəliyə yoluxanların əksəriyyəti işçilər və nümayəndə heyətinin üzvləridir.
www.anews.az
























