"Apple" bu smartfonun istehsalını DAYANDIRDI

ABŞ-ın "Apple” şirkəti satış səviyyəsinin aşağı olması səbəbindən iPhone 12 Mini smartfon modelinin istehsalını dayandırıb.
Unikal.org xəbər verir ki, bu barədə "TrendForce” marketinq şirkəti bildirib.
Onun məlumatına görə, "Apple” bu modeli 2021-ci ilin ikinci rübündə istehsal etməyi dayandırıb. Belə ki, onun satış göstəriciləri eyni seriyanın digər modellərinin (iPhone12, iPhone 12 Pro və iPhone 12) satışından əhəmiyyətli dərəcədə aşağı olub.
www.anews.az
























