18 yaşlı futbolçu məşq zamanı ölüb

Macarıstanın "Andraşid" klubunun futbolçusu Viktor Marsel məşq zamanı ölüb.
Bu barədə komandanın rəsmi saytı məlumat yayıb.
Klubunun prezidenti Zoltan Soos bildirib ki, gənc futbolçu məşq zamanı qazonun üstünə yıxılıb və huşunu itirib.
"Komanda yoldaşları və məşqçi dərhal gənc oyunçuya yardıma atıldılar və onu sabit vəziyyətə gətirməyə çalışdılar. Onlar telefonla təcili yardım xidmətinin rəhbərliyi altında ürəyin və defibrilyatorun masajından istifadə edərək, reanimasiyaya başladılar", - komandanın rəsmisi bildirib.
Stadiona gələn təcili tibbi yardım reanimasiya hərəkətlərini davam etdirib, ancaq oyunçunu xilas etmək mümkün olmayıb.
www.anews.az
























