Sabahdan bu ölkədə də açıq havada maskasız gəzəcəklər

Yunanıstanda açıq havada maska taxmaq məcburiyyəti sabahdan etibarən ləğv edilir.
Bildirilib ki, ayın 28-dən kafe, restoran və idman zalları kimi qapalı yerlərdə işləyən iki doz vaksin vurulmuş şəxslər üçün test məcburiyyəti olmayacaq.
Qeyd olunub ki, açıq havada təşkil olunan toylara 300 nəfərədək şəxs qatıla biləcək, çimərliklərdə 1000 kvadrat metr sahədə 120 nəfərin dincəlməsinə icazə veriləcək.
www.anews.az
























