Ermənistan ordusunun iki generalı vəzifəsindən azad edilib

Ermənistan Silahlı Qüvvələrinin iki yüksək vəzifəli şəxsi vəzifəsindən azad edilib.
Ermənistan prezidenti Armen Sarkisyan bununla bağlı sərəncam imzalayıb.
Sənədə əsasən, Ermənistan Silahlı Qüvvələri Hava Hücumundan Müdafiə Qoşunlarının rəisi, general-mayor Armen Bardanyan və Ermənistan Silahlı Qüvvələri Mühəndis Qoşunlarının rəisi, general-mayor İşxan Matevosyan vəzifədən azad ediliblər.
Onların vəzifədən azad edilmələrinin səbəbi hələ ki məlum deyil.
www.anews.az
























