Bıçaqlı şəxs insanlara hücum etdi - 3 ölü, 6 yaralı+Video
25.06.2021 22:56
Almaniyanın Vyurtsburq şəhərində bıçaqlı şəxs yoldan keçənlərə hücum edib.
"Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, nəticədə 3 nəfər ölüb, 6 nəfər yaralanıb. Polis cinayətkarı silahla ayağından vuraraq yaxalaya bilib.
Hadisəni törədinin kimliyi və insidentin səbəbləri bilinmir.