Bu ölkədə bütün koronavirus məhdudiyyətləri ləğv edilir

İslandiya bütün koronavirus məhdudiyyətlərini ləğv edir.
Anews.az xarici KİV-ə istinadən xəbər verir ki, məhdudiyyətlərin ləğvinə bu gündən başlanır.
Beləcə, islandiyalılar bütün dünyada tətbiq edilən sosial məsafə, maska taxmaq məcburiyyəti kimi yasaqlar olmadan həyatlarına davam edə biləcəklər.
İslandiya bu qərarla koronavirus məhdudiyyətlərini tamamilə aradan qaldıran ilk Avropa ölkəsi olub.
www.anews.az
























