Ermənistanda PARTLAYIŞ - Ölən və yaralanan var

Ermənistanda partlayış olub.
Qeyd edilir ki, hadisə Armavir əyalətində, Eçmiədzindəki evlərdən birində qeydə alınıb. Partlayış zamanı 1 nəfər həlak olub, daha 1 nəfər yaralanıb.
Hadisə yerinə gələn polis əməkdaşları partlayış zamanı həlak olan şəxsin 48 yaşlı Gevorq Asatryan, yaralanan şəxsin 33 yaşlı Ruben Papoyan olduğunu müəyyənləşdiriblər. Onlar evdə qumbara partladığını təsdiqləyiblər.
www.anews.az
























