Aralıq dənizində miqrantları daşıyan qayıq aşıb, ölənlər var

Ötən gecə Aralıq dənizilə Afrikadan Avropaya gedən miqrantları daşıyan qayıq İtaliyaya məxsus Lampedusa adası yaxınlığında qəzaya uğrayıb, nəticədə 7 nəfər dənizdə batıb.
İtaliya rəsmi qurumların açıqlamasına görə, adadan 5 milədək məsafədə baş verən qəza yerinə gələn xilasetmə xidməti 48 nəfəri sahilə çıxarıb.
Polis hadisənin səbəblərini araşdırır. İlkin ehtimala görə, qəzaya səbəb qayıqdakıların çox hərəkət etmələri olub.
www.anews.az
























