Gürcüstanda kütləvi vaksinasiyaya başlanılır

Gürcüstanda koronavirusa qarşı kütləvi vaksinasiyanın 5 iyul tarixindən başlayacağı açıqlanıb.
"Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili məlumat verib. O, keçirdiyi mətbuat konfransında bildirib ki, əhalinin 60 faizinə peyvənd vurulması planlaşdırılır. Bu məqsədlə 4 milyon doza peyvənd sifariş verildiyi qeyd olunub.
Digər tərəfdən, Baş nazir "BioNTech/Pfizer” peyvəndinin iyul ayında Gürcüstana gətirilməyə başlayacağını açıqlayıb.
Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze iyul ayında "BioNTech/Pfizer” alındıqdan sonra ölkənin hər yerində 16 yaşdan yuxarı insanlara peyvənd vurulmasının mümkün olacağını bildirib.
Qeyd edək ki, Gürcüstanda bu günə qədər 266 min 161 nəfər peyvənd olunub.
www.anews.az
























