“Taliban” son sutkada Əfqanıstanın 13 rayonunu ələ keçirdi

"Taliban" hərəkatının döyüşçüləri son 24 saat ərzində Əfqanıstanın 13 rayonunu nəzarət altına alıb.
"Report” xəbər verir ki, bu barədə Pakistan mətbuatı bildirib.
Qeyd edilir ki, bu, "taliban”çıların belə qısa vaxtda ələ keçirməyə müvəffəq olduğu rayonların maksimal miqdarıdır.
KİV-in məlumatına görə, hal-hazırda "taliblər” ölkənin 370 rayonundan 110-a nəzarət edirlər.
Öz növbəsində Əfqanıstan Müdafiə Nazirliyi bildirib ki, ötən gün ərzində ölkənin doqquz əyalətində döyüşlərin gedişatında 224 "talibançı” zərərsizləşdirilib. Nazirlik silahlılar tərəfindən tutulan rayonları geri qaytarmağa söz verib.
ABŞ və onların müttəfiqləri Əfqanıstandakı qoşunlarını bu ilin 11 sentyabrına qədər çıxarmalıdır.
www.anews.az
























