Zelenski azərbaycanlını medalla təltif etdi

Ukrayna prezidenti Vladimir Zelenski azərbaycanlını medalla təltif edib.
www.anews.az
Zelenski bir sıra şəxsləri orden və medallarla təltif edib. Onların arasında Ukrayna Baş Prokuror Ofisi Departamentinin şöbə müdiri vəzifəsində işləyən Samir Şirxan oğlu Allahverdiyev də var.
O, "Xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif edilib.
Samir Allahverdiyev bir müddətdir Ukrayna hüquq-mühafizə orqanlarında işləyir. (yeniavaz)
www.anews.az
























