• $
  • €
  • ₽
  • ₺
  • £

Oxçuçay çirklənməsi beynəlxalq təşkilatların diqqətində

Oxçuçay çirklənməsi beynəlxalq təşkilatların diqqətində
05.07.2021 12:30
Azərbaycan Diaspor Gəncləri şəbəkəsi və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor gəncləri təşkilatları Ermənistan və Almaniya şirkətləri tərəfindən Oxçuçayın çirkləndirməsinə etiraz əlaməti olaraq birgə bəyanatla beynəlxalq təşkilatlara müraciət ediblər. 
 
Azərbaycan–İtaliya Gənclər Assosiasiyası, Mədəniyyətlərarası Əlaqələr üçün Gənclər Birliyi, Norveç–Azərbaycan Gənclər Təşkilatı, Şimali Amerika–Azərbaycan Gənclər Təşkilatı, Litva–Azərbaycan Gənclər Təşkilatı, Azərbaycan–Macarıstan Gənclər Birliyi, Fransadakı Xəzər Araşdırmalar Mərkəzi və Azərbaycanlı Tələbələr Assosiasiyası, Finlandiyadakı "Azər–Türk" Gənclər Təşkilatı, "İrs" Estoniya–Azərbaycan Gənclər Mərkəzi, Şimali Kipr Türk Respublikasındakı Kipr–Azərbaycan Diaspor Mərkəzi, Belarusdakı "Azərbaycan İcmaları Konqresi"nin Gənclər təşkilatı, Ukrayna Azərbaycanlılarının Gənclər Radası, "Moldova Azərbaycanlıları Konqresi”nin nəzdində Gənclər təşkilatı və Sankt-Peterburq şəhərindəki "Azərbaycan milli-mədəni muxtariyyəti"nin Gənclər İttifaqı tərəfindən imzalanan bəyanat BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə regional koordinatoru Metyu Billota, proqramın regional koordinatorlarına, BMT-nin Avropa İqtisadi Komissiyasının məlumat mərkəzinə, Ətraf mühit üzrə direktoru Marko Keynerə, UNECE-nin konvensiya katibləri Sonja Koeppelə və Tea Aulavuoya, eləcə də müxtəlif beynəlxalq təşkilatların, o cümlədən "Greenpeace"in regional ofislərinə və  katibliklərinə ünvanlanıb.
 
Bəyanatda Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistan və Almaniya şirkətləri tərəfindən zəhərli tullantılarla çirkləndirildiyinə diqqət cəlb edilib. Bu səbəbdən ekosistemə və bioresurslara  ciddi ziyan vurulduğu, çay sularından suvarmada istifadənin təhlükəli olduğu, Ermənistanın 1992-ci ildə imzalanmış Helsinki konvensiyasına qoşulmaması və öhdəliklərdən yayınması barədə ətraflı məlumat verilib. 
 
Azərbaycanlı gənclər beynəlxalq qurumları bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməyə çağırıblar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol