• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada qəzaya uğrayan təyyarədəki şəxslərlə bağlı XƏBƏR VAR - YENİLƏNİB

Rusiyada qəzaya uğrayan təyyarədəki şəxslərlə bağlı XƏBƏR VAR - YENİLƏNİB
06.07.2021 14:29
Rusiyanın Kamçatka bölgəsində qəzaya uğrayan təyyarədəki bütün sərnişinlər ölüb.

Bunu ölkənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşı bildirib.

O qeyd edib ki, təyyarənin göyərtəsindəki 22 nəfər sərnişindən və 6 ekipaş üzvündən sağ qalanı yoxdur.

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi də təyyarənin qalıqlarının tapılıdığını təsdiqləyib.

******

Rusiyanın Kamçatka bölgəsində radarlardan itən "An-26” markalı sərnişin təyyarəsinin qalıqları tapılıb.

Bunu "Kamçatsk avia müəssisəsi” şirkətinin baş direktoru Aleksey Xrabrov bildirib.

"Bəli təyyarənin qırıqları tapılıb. Ancaq hansı şəraitdə tapıldığını deyə bilmərəm. İnformasiya ancaq sabah ola bilər. Hadisə yerinə sabah təyyarə uçacaq, helikopter işləyəcək”, - o deyib.

*****

Xilasedicilər "An-26” sərnişin təyyarəsinin düşdüyü yeri müəyyənləşdirblər.


Rəsmi qurumlar laynerin göyərtəsində olan 22 sərnişinin siyahısını açıqlayıb. Onlar arasında 2 uşaq və Palana qəsəbəsinin başçısı Olqa Moxirevan, qəsəbə səfərbərlik idarəsinin rəisi Aleksandr Andreykin və onun həyat yoldaşı, Palana maliyyə idarəsinin rəisi Olqa Andreykin də var.
"Kamçatka hava yolları” şirkəti qəzanı təsdiqləməyib.

Yerli hakimiyyət nümayəndələri bildirib ki, təyyarə istismar üçün yaralı olub. Ekipaj uçuşdan əvvəl yoxlamadan keçib. Bildirilib ki, "An-26” 1982-ci ildə istehsal olunub. "Kamçatka hava yolları” şirkəti yollarına məxsusdur. Müəssisədə Kamçatka diyarında uçuşları həyata keçirən 5 "An-26” fəaliyyət göstərir. Təyyarə 30 sərnişin tutumludur.

İtkin düşmüşü sayılan "An-26B-100” təyyarəsinin yaralılıq müddəti 2021-ci il avqustun 30-da başa çatır. Təyyarənin ilk istismarçısı "Aeroflot” olub.

Sonra "Air Mali”, "Perm Motos” və başqa şirkətlər istsmar edib. Layner 2013-cü ildən isə "Kamçatka Hava yollarında” istimar edilirmiş.

*****

Rusiyanın Kamçatka regionunda radarlardan itən sərnişin təyyarəsinin dənizə düşdüyü ehtimal olunur.

Bunu FHN-nin əməkdaşı bildirib.

Məlumata görə, təyyarə Petropavlovsk-Kamçatka-Palana marşrutu üzrə uçurmuş.

Laynerin axtarışına bir təyyarə və iki helikopter cəlb edilib.

Rusiya İstintaq İdarəsinin Uzaq Şərq Nəqliyyatda İstintaq İdarəsindən bildirilib ki, hüquq mühafizə orqanları hadisə ilə bağlı cinayət işi açıb.

"An-26”nın göyərtəsində 22 deyil, 23 sərnişin və 6 ekipaj üzvü olub. Sərnişinlərdən biri uşaqdır.

*****

Rusiyada "An-26” markalı sərnişin təyyarəsi Kamçatka səmasında radarlardan itib.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsindən bildirilib.

Təyyarə "Kamtask hava yollar”ı şirkətinə məxsusdur.

İlkin məlumata görə, "An-26”nın göyərtəsində biri uşaq olmaqla 22 sərnişin və 6 ekipaj üzvü var. Təyyarə Petropavlovsk-Kamçatka reysi ilə hərəkət edirmiş. Lakin ekipaş üzvləri təyin olunan vaxta əlaqəyə girməyib.

Xilasedicilər "Mi-8” helikopteri vasitəsi ilə axtarış-əməliyyat tədbiri həyata keçirirlər.

"Kamtask hava yollar”ı şirkəti təyyarənin qəzaya uğradığını hələ ki təsdiqləməyib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol