• $
  • €
  • ₽
  • ₺
  • £

Vaksinlərin yeni ştammlara qarşı təsir gücü azdır - ÜST

Vaksinlərin yeni ştammlara qarşı təsir gücü azdır - ÜST
08.07.2021 16:09
"Koronavirus ştammları hazırda vaksinlərin istehsalında və paylanmasında mövcud olan qeyri-bərabərlik səbəbindən onlara qalib gəlir. Bu isə həmçinin qlobal iqtisadi dirçəlişə də təhlükə yaradır.”


Anews.az Ümumdünya Səhiyyə Təşkilatının rəsmi saytına istinadən xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus iyulun 7-də baş tutan brifinqdə deyib.


Onun sözlərinə görə, dünyada COVID-19-un qurbanlarının sayı rəsmi olaraq 4 milyonu ötüb. Lakin həqiqətdə koronavirus səbəbindən ölənlərin sayı daha çox ola bilər.


"Əhalisini peyvənd etməyə nail olan bəzi ölkələr artıq məhdudiyyətləri ləğv edib. Sanki pandemiya artıq başa çatıb. Lakin immun qazanma templərində müşahidə edilən ağılasığmaz qeyri-bərabərlik və yeni ştammların yaranması səbəbindən digər ölkələrdə kəskin artımlar baş verir”, - deyə ÜST rəhbəri öz narahatlığını ifadə edib.


Qebreyesus, həmçinin Latın Amerikası, Asiya və Afrikada "ölüm dalğası”na səbəb olacaq kəskin oksigen və dərman çatışmazlığından da danışıb. O, bəşəriyyəti bir olmağa və koronavirus pandemiyasına qarşı birgə səylərlə mübarizə aparmağa çağırıb. 


ÜST rəhbəri, həmçinin G20 ölkələrini pandemiyanı dayandırmaq üçün təcili tədbirlər görməyə səsləyib.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol