Əfqanıstan həbsxanalarındakı ruslarla bağlı açıqlama

"Əfqanıstan həbsxanalarında saxlanılan şəxslər arasında Rusiya vətəndaşları da var”.
Bu barədə məlumatı Əfqanıstan Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Hamdulla Mohib "Rossiya 24” telekanalının efirində açıqlayıb.
Əfqanıstan rəsmisi, həmçinin qeyd edib ki, həbsxanalarda Rusiya ilə yanaşı, Mərkəzi Asiya ölkələrinin də vətəndaşları var.
"Bu insanların hansı səbəbdən döyüşməyə getdiyini və gələcəkdə bunun qarşısını necə almağı anlamağınız vacibdir”, - deyə o əlavə edib.
Bununla belə, Mohib Rusiya vətəndaşlarının ölkə həbsxanalarına necə düşməklərinin detallarını açıqlamayıb. Həmçinin, bu şəxslərin Əfqanıstan ərazisində fəaliyyət göstərən ektremist qruplarla bir əlaqəsinin olub-olmadığı da bəlli deyil.
www.anews.az
























