Tbilisidə döyülən jurnalist vəfat edib

Tbilisidə iyulun 5-də cinsi azlıq əleyhdarlarının keçirdiyi aksiyada döyülən "Pirveli” telekanalının operatoru Lekso Laşkarava vəfat edib.
"Report”un yerli bürosu xəbər verir ki, o, yaşadığı evdə dünyasını dəyişib.
Media nümayəndəsinin dəqiq ölüm səbəbi hələ məlum deyil.
L.Laşkarava bir neçə gün xəstəxanada müalicə olunmuşdu.
www.anews.az
























