ABŞ-da təyyarə qəzaya uğradı

ABŞ-ın cənub-qərbində yerləşən Arizona ştatında təyyarə vasitəsilə meşə yanğınını söndürərkən 2 yanğın söndürən həlak olub.
Səbəb təyyarənin qəzaya uğraması olub.
Yanğın, təxminən 100 nəfərin yaşadığı kiçik bir yaşayış məntəqəsinin yaxınlığındakı meşə zolağında ildırım vurması nəticəsində baş verib.
www.anews.az
























