Yaponiya uçan avtomobillərdən bu məqsədilə istifadə edəcək

Yaponiyanın nəhəng "Japan Airlines” (JAL) şirkəti 2025-ci ildən başlayaraq uçan avtomobillərdən kommersiya məqsədilə istifadəni planlaşdırır.
İlkin olaraq Mie prefekturasında aeroportla turizm obyektləri arasında hərəkət edəcək sərnişinlərə bu xidmət növü təklif ediləcək. Nəşrin yazdığına görə, ölkənin ikinci nəhəng aviadaşıyıcısı olan "All Nippon Airways” (ANA) şirkəti də 2025-ci ildən bu cür xidmətin təşkilini planlaşdırır.
Yaponiyada belə maşınların sınaqlarına artıq başlanılıb, lakin bu sahədə müvafiq dövlət qaydalarının olmaması investorları bu layihələrdən uzaqlaşdırır.
www.anews.az
























