Kuril adalarında zəlzələ olub

Bu gün Kuril adaları yaxınlığında 5.4 bal gücündə zəlzələ baş verib.
Bildirilib ki, Kuril adalarında 5.4 bal gücündə hiss olunan təbiət hadisəsi Sakit Okeanda 8.07 bal gücündə qeydə alınıb. Zəlzələnin episentri Simuşir adasının (orta Kuril) yaxınlığında, 80 kilometr dərinlikdə yerləşib.
Xəsarət və dağıntı yoxdur. Sunami təhlükəsi elan edilməyib.
www.anews.az
























