Hindistanda ildırım 49 nəfəri öldürüb

Hindistanın şimalında yerləşən Uttar-Pradeş və Racastxan əyalətlərində ildırım vurması nəticəsində 49 nəfər ölüb.
Məlumata görə, Uttar-Pradeşdə 30 nəfər, Racastxan da isə 19 nəfər ölüb. Qeyd edilib ki, Racastxanın Caypur şəhərində 11 nəfər XII əsrdən qalma Amber qülləsində şəkil çəkdirərkən ildırım onları vurub.
www.anews.az
























