Minə yaxın etirazçı küçələrə çıxdı

Kubada yüzlərlə sakin dövlət əleyhinə etirazlarını bildirmək üçün aksiya keçirib.
"Qafqazinfo” xəbər verir ki, aksiya zamanı etirazçılar hökumət və ölkə Prezidenti əleyhinə şüarlar səsləndiriblər.
Ölkədə internet hər kəs üçün əlçatan olduğundan aksiya barədə xəbər paytaxtın hər yerinə və digər yaşayış məntəqələrinə yayılır. Bu ərazilərdə isə minə yaxın şəxs küçələrə axışıb.
Hadisə şahidlərinin sözlərinə görə, bununla da Kubada 1994-cü ildən bu yana ən böyük aksiya keçirilir.
Aksiyalar zamanı polis və etirazçılar arasında qarşıdurmalar da yaranıb.
Qeyd edək ki, Kuba Prezidenti Diaz-Canel ölkədə son günlər koronavirusa yoluxma hallarının artması səbəbilə dərman və elektrik enerjisi çatışmazlığının yaşandığını qəbul etmişdi. O, həmçinin mövcud vəziyyətdə evdə qalmağın daha doğru qərar olduğunu demişdi.
www.anews.az
























