Çində yeni məhdudiyyət tətbiq edilib

Çində 500 metr və daha hündür göydələnlərin tikintisinə qadağa qoyulub.
Bu barədə Çinin İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsi qərar qəbul edib.
Sənədə əsasən, 250 metrdən hündür binaların inşası ciddi şəkildə məhdudlaşdırılmalıdır.
Bundan başqa, 100 metrdən hündür binaların tikinti planı antiseysmik xüsusiyyətləri baxımından ciddi şəkildə yoxlanılacaq.
www.anews.az
























