• $
  • €
  • ₽
  • ₺
  • £

"Taliban" Kabulun ətrafındakı kəndlərdən 70-ni ələ keçirib

"Taliban" Kabulun ətrafındakı kəndlərdən 70-ni ələ keçirib
14.07.2021 20:30
Əfqanıstanın paytaxtı Kabulun ətrafındakı kəndlərdən 70-i "Taliban” qruplaşmasının nəzarətinə keçib.


Anews.az Əfqanıstan KİV-inə istinadən xəbər verir ki, "Taliban” Kabul ətrafında yerləşən Surobi rayonunun 130 kəndindən 70-nə nəzarət edir.


Adının açıqlanmasını istəməyən Əfqanıstan ordusunun generallarından biri deyib: "Xarici qoşunlar Əfqanıstandan çıxandan sonra müxalifət hərəkatı müxtəlif bölgələrdə, o cümlədən Surobidə KİV-in iddia etdiyi kimi olmasa da gücləniblər. Əfqanıstan Silahlı Qüvvələri bütövlükdə çox pis vəziyyətdədir”.


General əlavə edib ki, Kabul-Cəlalabad şosesi hərəkət üçün açıqdır: "Ölkənin Silahlı Qüvvələri taliblərə müqavimət göstərməyə tamamilə hazırdır”.


Onun sözlərinə görə, ABŞ qoşunlarının qısa müddətdə və tələsik ölkəni tərk etməsi boşluq yaradıb: "Müxalifətin bir sıra rayonları ələ keçirməsinə başlıca səbəb də budur”.


Kabulun qubernatoru Yaqub Heydəri bildirib ki, paytaxtın daha 4 rayonu da təhlükə ilə üz-üzədir: "Ancaq Əfqanıstanın təhlükəsizlik qüvvələri həmin rayonlarda "Taliban”ın fəallaşmasına imkan verməyəcək”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol