• $
  • €
  • ₽
  • ₺
  • £

DİN-in polkovnik-leytenant rütbəli sabiq əməkdaşına sui-qəsd edildi

DİN-in polkovnik-leytenant rütbəli sabiq əməkdaşına sui-qəsd edildi
26.05.2014 17:08
Azərbaycan daxili işlər orqanlarının keçmiş zabiti Ukraynada sui-qəsd nəticəsində ağır yaralanıb.Ukrayna Azərbaycanlıları Həmrəylik Təşkilatının sədri İlqar Məmmədov APA-ya açıqlamasında bildirib ki, Ukraynanın Jitomir şəhərində sui-qəsdə məruz qalan şəxs sabiq polis polkovnik-leytenantı, son günlərə qədər Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ukrayna bölməsinin təhlükəsizlik xidmətində çalışan Natiq Novruzovdur. Hadisə ötən həftə axşam saatlarında Jitomir şəhərində N.Novruzovun tanışlarından birinin evində baş verib. Belə ki, tanışlarından birinin 9-cu mərtəbədə yerləşən mənzilinə gedən N.Novruzovun üzünə qapını tamam yad şəxslər açıb və dərhal ondan oradan uzaqlaşmağı tələb ediblər. N.Novruzov bunun səbəbini soruşduqda “Siz qara millət rədd olun buradan!” kimi təhqiramiz cavab alaraq hücuma məruz qalıb. Onu döyərək 9-cu mərtəbənin pilləkənləri arasından aşağı atıblar. Çevikliyi sayəsində pilləkənlərin dəmirlərindən tutub xilas olmağa çalışan N.Novruzov sağ qalsa da, sağ ayağı dizdən aşağı bir neçə yerdən sınıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib və cinayət işi qaldırılıb. Hadisəni törədənlərin kimliyi araşdırılır. Qeyd edək ki, N.Novruzov 2006-cı ilədək Azərbaycanda daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Daha sonra isə “SOCAR Ukraina”nın təhlükəsizlik xidmətinin rəhbərliyində çalışıb. Son işindən üç ay bundan əvvəl uzaqlaşıb.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol