Suriyada terrorçular zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Suriyanın şimal-şərqində PKK terror təşkilatının qanadı YPG-nin 7 döyüşçüsünü zərərsizləşdirib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.
Məlumata görə, PKK/YPG terrorçuları "Barış pınarı" əməliyyatı zonasına girməyə çalışıb, amma vaxtında aşkar ediliblər və xüsusi təyinatlı dəstənin döyüşçüləri tərəfindən zərərsizləşdiriliblər.
www.anews.az
























