Yaponiyada torpaq sürüşməsi - Azı 15 nəfər həyatını itirib

İyulun 4-də Yaponiyanın mərkəzi hissəsində yerləşən Atami şəhərində baş vermiş torpaq sürüşməsi nəticəsində azı 15 nəfər həyatını itirib.
Sürüşmə ərazisində xilasetmə əməliyyatı davam edir, daha 14 nəfər itkin düşmüş hesab olunur.
İyulun 4-də səhər saatlarında 37 minə yaxın əhalisi olan Atamidə torpaq sürüşməsi olub. Onun uzunluğu 2 kilometr təşkil edib, 130-dan çox ev və tikiliyə zərər dəyib. Torpaq sürüşməsinə səbəb Yaponiyanın mərkəzi və şərq rayonlarında günlərlə yağan leysan yağışları olub.
Ayrı-ayrı ərazilərdə iki sutka ərzində 400 mm-dən 600 mm-dək yağıntı düşüb.
www.anews.az
























