Böyük Britaniya məhdudiyyətləri ləğv edir

Böyük Britaniyadakoronavirusla bağlı bütün daxili məhdudiyyətlər ləğv edilir.
Böyük Britaniya koronavirus infeksiyasına yoluxma hallarına görə dünyada 7-ci pillədə yer alır.
www.anews.az
19 iyul gecə yarısından sonra bu ölkədə gecə klubları işləməyə başlayacaq. Başqa müəssisələrə isə məhdudiyyət olmadan fəaliyyətini davam etdirməyə icazə verilib.
Bununla yanaşı, məcburi maska taxmaq, sosial məsafəni qorumaq və evdən işləməklə bağlı qaydalar da ləğv olunub.
Həmçinin, Fransa istisna olmaqla "sarı siyahı”ya daxil olan ölkələrdən gələn tam peyvənd olunmuş vətəndaşlar 10 günlük karantində qalma məcburiyyətindən azad olunur.
www.anews.az
























