Fransada pandemiyanın 4-cü dalğası başlayıb

Fransa ölkədə koronavirus pandemiyasının dördüncü dalğasının başladığını elan edib.
Anews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal nazirlərin toplantısından sonra paylaşıb. O bildirib ki, ölkədə epidemiyanın yayılma dinamikası sürətlənib və gündəlik 10 min yoluxmaya çatıb. Yoluxma faktının 80%-i isə "delta” ştammı ilə əlaqədardır.
www.anews.az
























