Almaniyada daşqın qurbanlarının sayı 165-i ötdü

Almaniyada daşqınlar nəticəsində həlak olanların sayı 169-a çatıb.
Bu barədə "Qafqazinfo” "Agence France-Presse” agentliyinə istinadən xəbər verir.
Daha əvvəl 164 nəfərin həlak olması barədə xəbər verilirdi.
Qeyd edək ki, iyulun 12-dən etibarən Almaniyanın qərbində və cənub-qərbində yağan leysan yağışları dağıdıcı daşqınlara səbəb olub.
www.anews.az
























