• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan və Koçaryan deputatlıqdan imtina ediblər

Paşinyan və Koçaryan deputatlıqdan imtina ediblər
21.07.2021 20:30
Ermənistanın Baş nazir səlahiyyətlərini icra edən, Vətəndaş Müqaviləsi Partiyasının sədri Nikol Paşinyan və "Ermənistan” seçki blokunun sədri Robert Koçaryan 8-ci çağırış deputat mandatından imtina ediblər.

"Report” "Novosti Armeniya”ya istinadən xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Armen Smbatyan yeni parlamentin tərkibini feysbuk səhifəsində açıqlayarkən bildirib.

Sədrin yazdığına görə, Paşinyan yenidən Baş nazir seçiləcəyi üçün deputat mandatını götürməyib. Smbatyan bildirib ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan "icra strukturunda işləməyə adət etdiyindən” parlament üzvlüyündən imtina edib. Keçmiş prezident bununla belə müxalifətdə qalıb mübarizəsini davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, iyunun 20-də Ermənistandan növbədənkənar parlament seçkiləri keçirilib. Bu siyasi kampaniyada Nikol Paşinyanın partiyası 52,91 faiz (71 mandat), Robert Koçaryanın "Ermənistan” seçki bloku 21,09 faiz (29 mandat), Serj Sarqsyan və Artur Vanesyanın başçılıq etdikləri "Şərəfim var” bloku 5,22 faiz (7 mandat) səs toplayıb. Sonuncu blok hələ ki parlamentdə iştirak edəcək deputatlarının adlarını açıqlamayıb.

Qeyd edək ki, iyulun 26-da Ermənistanın yeni parlamentinin ilk iclası keçiriləcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol