• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə meşə yanğınları söndürülməyə davam etdirilir

Türkiyədə meşə yanğınları söndürülməyə davam etdirilir
31.07.2021 14:17
Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, qardaş ölkəyə göndərilən Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrupun üzvləri fədakarlıq göstərirlər.

Hazırda Azərbaycan yanğınsöndürənləri Muğla vilayətinin Marmaris bölgəsində yanğınların qarşısını almağa çalışırlar.

Bu bölgə hazırda yanğının ən qaynar məntəqələrindən sayılır. Türkiyə vaxtı ilə saat 11 radələrində bu məntəqədəki yanğın Marmaris-Datca magistralına qədər genişlənib. Magistralda nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.

100 yanğınsöndürəndən ibarət birinci qrup iyulun 30-da qardaş ölkəyə göndərilib. Qrupun üzvlərinin hamısı peşəkar və təcrübəli yanğınsöndürənlərdir. Onların hər biri fərdi yanğınsöndürmə vasitələri ilə tam təmin olunublar.

Hazırda hadisə yerində helikopterlər yanğının məhdudlaşdırılması üçün yanğın nöqtələrinə havadan intensiv şəkildə su buraxırlar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol