• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları ilə bağlı ƏRDOĞANDAN AÇIQLAMA

Türkiyə Silahlı Qüvvələrinin  əməliyyatları ilə bağlı ƏRDOĞANDAN AÇIQLAMA
04.08.2021 13:45
"Türkiyə Silahlı Qüvvələri ölkə daxilində və xaricində qazandığı uğurlarla millətimizin özünə inamını artıraraq əməliyyatlarını davam etdirir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Şuranın avqustun 4-də keçirilən toplantısından əvvəl Anıt qəbiri ziyarəti zamanı xatirə kitabına yazıb.

"Əziz, Atatürk, Ali Hərbi Şuranın üzvləri olaraq, 2021-ci il toplantısı münasibətilə bir daha sizin hüzurunuzdayıq. Türkiyə Cümhuriyyətini göstərdiyiniz kimi müasir sivilizasiyaların səviyyəsinə qaldırmaq üçün mübarizəmizi davam etdiririk. Bütün dünyanı koronavirus pandemiyasının bürüməsinə baxmayaraq, Türkiyə iqtisadiyyatdan müdafiəyə, istehsalatdan səhiyyəyədək bir çox istiqamətdə əhəmiyyətli uğurlara imza atır. Bu müddətdə Türkiyə Silahlı Qüvvələri ölkə daxilində və xaricində qazandığı uğurlarla millətimizin özünə inamını artıraraq əməliyyatlarını davam etdirir”, - o qeyd edib.

Məlumata görə, Şuranın iclasında yaş məhdudiyyətinə əlavə olaraq hələ də gözləmə müddətini tamamlamayan Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Yaşar Gülərin ​​vəzifəsinə davam etməsi gözlənilir. Bildirilib ki, vəzifə müddəti və yaş həddini tamamlayan Quru Qoşunlarının komandanı general Ümit Dündarla bağlı vəziyyət qiymətləndiriləcək. Şuranın ötən il keçirilən toplantısında səlahiyyət müddəti bir il uzadılan Hərbi Hava Qüvvələrinin komandanı Hasan Küçükakyüz və Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Adnan Özballa bağlı da qərarın veriləcəyi gözlənilir.

Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi toplantıda vitse-pezident Fuat Oktay, milli müdafiə, ədliyyə, xarici işlər, daxili işlər, xəzinə və maliyyə, milli təhsil nazirləri, Baş Qərargahın rəisi və başqa komandanları iştirak edirlər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol