Əfqanıstan müdafiə nazirinin evinə olan hücumu törədən şəxs AÇIQLANIB

"Taliban” hərəkatı bu gün Əfqanıstan müdafiə naziri Bismillah Məhəmmədinin evinə basqının məsuliyyətini üzərinə götürüb.
Bu barədə hərəkatın sözçüsü Zəbiullah Mücahid açıqlama verib.
Bu gün səhər saat 8 radələrində Kabilin Şirpur məhəlləsində nazirin iqamətgahı yaxınlığında avtomobildəki partlayıcı qurğunun işə salınması nəticəsində aralarında bir qadın olduğu 8 nəfər ölüb, 20-dən çoxu da yaralanıb. Daha sonra dörd nəfər silahlı şəxs mühafizəçilərlə atışmağa başlayıb. Hadisə yerinə təhlükəsizlik qüvvələri və tibbi heyət cəlb edilib.
www.anews.az
























