• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Gürcüstana 30 milyonluq raket sistemləri verəcək

ABŞ Gürcüstana 30 milyonluq raket sistemləri verəcək
05.08.2021 19:00
ABŞ əldə olunmuş razılığa əsasən Gürcüstana ümumi dəyəri 30 milyon dollar təşkil edən tank əleyhinə portativ "Javelin” (FGM-148) raket sistemləri verəcək.

Anews xəbər verir ki, bu barədə Beynəlxalq Müdafiə İnkişafı Agentliyi məlumat yayıb.
 
Bildirilib ki, müqavilənin şərtləri Dövlət Departamenti ilə ABŞ-ın xarici siyasəti və milli təhlükəsizliyi arasında ziddiyyət təşkil etmir.
 
Məlumatda qeyd olunub ki, "Javelin” sistemləri Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün uzunmüddətli müdafiə potensialı yaratmağa kömək edəcək, ölkənin tank əleyhinə potensialını artıracaq, mövcud və gələcək təhdidlərə cavab vermək qabiliyyətini gücləndirəcək.
 
"Javelin” raket sistemləri "Raytheon” və "Lockheed Martin” şirkətləri tərəfindən müştərək istehsal olunur. Sistemlər zirehli maşınları və alçaqdan uçan hədəfləri məhv etmək üçün hazırlanıb. "Javelin” 1996-cı ildə Amerika ordusunun xidmətinə verilib. Bu sistemlər İraq müharibəsi və digər silahlı qarşıdurmalar zamanı istifadə edilib.
 
Gürcüstan "Javelin” sistemlərinin ilk partiyasını 2018-ci ildə alıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol