Əfqanıstanda "Taliban"ın 303 silahlısı zərərsizləşdirildi

Əfqanıstanın Silahlı Qüvvələri Gilmend əyalətinin Leşgərgah şəhərinin "Taliban” qruplaşmasından təmizlənməsi üçün əməliyyata başlayıb.
www.anews.az
"Anews" xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Son sutka ərzində hərbçilərlə "Taliban” arasında gedən döyüşlər nəticəsində qruplaşmanın 303 silahlı zərərsizləşdirilib, 125-i yaralanıb.
Bildirilib ki, "Taliban” silahlıları Nanqarhar, Laqman, Qəznə, Paktikə, Qəndəhar, Zabul, Herat, Cauzcan, Samanqan,Fəraib, Sarı-e- Poli, Gilmənd, Nimroz,Kunduz, Baqlan və Kapis əyalətlərində gedən döyüşlərdə məhv ediliblər.
www.anews.az
























