Ərdoğan yeni milli təhsil naziri təyin edib

Türkiyənin milli təhsil naziri, professor Ziya Selçuk vəzifəsindən azad olunub.
Bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.
Ziya Selçuk işdən çıxmaqla bağlı ərizə yazıb. Rəcəb Tayyib Ərdoğan onun ərizəsini qəbul edib.
Dövlət başçısının digər sərəncamı ilə professor Mahmut Özər milli təhsil naziri təyin edilib. O, bu təyinata qədər təhsil nazirinin müavini işləyib.
Professor Petek Aşkar, doktor Sadri Şensoy və professor Ahmet Emre Bilgili milli təhsil nazirinin müavinləri təyin ediliblər.
www.anews.az
























