Rusiyada sərnişin avtobusu qəzaya uğrayıb

Rusiyada sərnişin avtobusunun Saratov şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 13 nəfər xəsarət alıb.
Bu barədə TASS məlumat yayıb.
Zərərçəkənlərdən 12-i sərnişinlərdir. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan ikisi ağır vəziyyətdədir. Hadisə zamanı həmçinin avtobusun sürücüsü də xəsarət alıb, lakin o, xəstəxanaya yerləşdirilmədən imtina edib.
Qəza zamanı avtobusda ümumilikdə 22 nəfər olub. Onlardan 2-si sürücülərdir.
www.anews.az
























