• $
  • €
  • ₽
  • ₺
  • £

Əfqanıstanda 579 talib zərərsizləşdirilib, Kunduz şəhəri qruplaşmadan azad edilib

Əfqanıstanda 579 talib zərərsizləşdirilib, Kunduz şəhəri qruplaşmadan azad edilib
09.08.2021 23:30
Əfqanıstan hərbçiləri ilə "Taliban” arasında son sutkada baş verən silahlı toqquşma nəticəsində qruplaşmanın 579 üzvü ölüb, 161-i yaralanıb.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyinin nümayəndəsi Favad Aman bildirib.

Onun sözlərinə görə, "Taliban” Qəndəhar, Herat, Paktiya, Host, Loqar, Nanqarhar, Causcan, Samanqan, Gilmend, Takar, Kunduzda son sutkada gedən döyüşlər nəticəsində 579 itki verib.

F.Aman bildirib ki, ABŞ-ın "B-52” hərbi təyyarələrinin Cauzcan əyalətinin Şiberqan şəhərini bombalaması nəticəsində 200-dən çox qruplaşma üzvü ölüb, onların 100-dən artıq hərbi texnikası, çoxlu sayda silah-sursatı məhv edilib.

"Taliban” qruplaşmasının nümayəndəsi Zabiullah Mücahidin sözlərinə görə, qruplaşma Tahar əyalətinin mərkəzi Talokan və Kunduz əyalətinin Sar-e-Pol şəhərlərini ələ keçiriblər.

Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Mirvais Sanekzayın sözlərinə görə, Kunduz şəhəri və bir çox başqa rayonlar "Taliban” qruplaşmasından təmizlənib. O bildrib ki, Əfqanıstan Silahlı Qüvvələri irəliləyir.

Qeyd edək ki, Əfqanıstanın şimalında Kunduz şəhəri və eyniadlı əyaləti faydalı qazıntılarla zəngindir. O, strateji əhəmiyyət kəsb edir. Kunduzdan keçən avtomobil yolu bir sıra vacib şəhərlərlə yanaşı, Kabili də birləşdirir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol