Gürcüstanda son sutkada koronavirusdan 54 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 5 697 yoluxma halı qeydə alınıb, 54 nəfər ölüb.
www.anews.az
"Anews" xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.
Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 455 846, ölənlərin sayı isə 6 182 nəfərə çatıb. Virusa yoluxanlardan 406 475 nəfərin sağaldığı bildirilir.
www.anews.az
























