Hindistan Əfqanıstandakı konsulluğunu bağlayıb

Hindistan Əfqanıstanın Məzari-Şərif şəhərindəki konsulluğunu müvəqqəti olaraq bağlayıb.
www.anews.az
"Anews" xəbər verir ki, bu barədə "Sputnik Afqanistan” məlumat yayıb.
Məlumata görə, konsulluqdakı bütün diplomatlar ölkədən çıxarılıb. Konsulluq Məzari-Şərifdəki Hindistan vətəndaşlarının xüsusi təyyarə reysi ilə evlərinə çatdırılacaqlarını da elan edib.
Bildirilib ki, "Taliban” qruplaşması ötən həftə Məzari-Şərifə və rayonlara hücuma başlayıb.
www.anews.az
























