Rusiya Tacikistandakı hərbi arsenalını gücləndirir

Rusiya Tacikistandakı hərbi bazasının silah arsenalına yeni atıcı silahlar, habelə "Verba” Raket Əleyhinə Zenit Kompleksi daxil edib.
www.anews.az
"Anews” xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Hərbi Dairəsi məlumat yayıb.
"201-ci hərbi bazaya yeni avtomat - Kalaşnikov "AK-12”, "Makarov”u əvəzləyəcək "Yarıqin” tapançaları, iriçaplı "ACBK-M” snayper tüfəngləri, alovsaçanlar və
"Verba” Raket Əleyhinə Zenit Kompleksi daxil olub”, - məlumatda bildirilib.
Bu silah və hərbi texnikalar Rusiya, Tacikistan və Özbəkistanın Əfqanıstanla sərhəddə keçirdikləri birgə təlimlərdə istifadə olunub.
www.anews.az
























