Ermənistan parlamentində deputatlar arasında qarşıdurma - Video

Ermənistan parlamentinin bu gün keçirilən iclası mübahisəsiz ötüşməyib.
Müxalif "Ermənistan” blokunun üzvü İşxan Saqatelyanın çıxışından sonra müzakirələr mübahisəyə çevrilib.
Ölkənin parlamentin sədri Alen Simonyan millət vəkillərini sakitləşdirməyə çalışsa da, onun cəhdləri heç bir nəticə verməyib.
O, mühafizə xidmətinin əməkdaşlarını parlamentin iclas zalına çağırıb. Parlament sədri həmçinin iclasın canlı yayımının dayandırılması ilə bağlı göstəriş verib.
Parlementin sədri Alen Simonyan iclasın əvvəlində "Şərəfim var” blokunun millət vəkili Anna Mkrtçyanı parlamentin iclasından qovub.
www.anews.az
























