Nigerdə baş verən daşqınlarda ölənlərin sayı artıb

Nigerdə baş verən sel daşqınları nəticəsində həyatını itirənlərin sayı 52 nəfərə yüksəlib.
Bu barədə Niger Daxili İşlər Nazirliyi açıqlama verib. Nazirlik bildirib ki, sel fəlakəti nəticəsində 5 min 694 evə ziyan dəyib, 52 nəfər həyatını itirib, 34 nəfər isə yaralanıb.
www.anews.az
























