Gürcüstanda koronavirusdan daha 50 nəfər ölüb

Gürcüstanda ötən sutkada koronavirusa 5 579 yeni yoluxma halı təsdiqlənib, 1 867 nəfər müalicə olunaraq sağalıb, 50 pasiyent vəfat edib.
Anews.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bu günə olan aktiv xəstə sayı 53 854 nəfərdir.
www.anews.az
























