Qonşu ölkə beşgünlük qapandı

İran hökuməti koronavirusla əlaqədar vəziyyətin ağırlaşması səbəbindən əlavə beş günlük istirahət olacağını və əyalətlər arasında hərəkətə qadağa qoyulduğunu açıqlayıb.
O vurğulayıb ki, hərəkət məhdudiyyətləri sabahdan başlayaraq şənbə günü səhər saatlarına qədər davam edəcək və bu müddətdə bütün qurumlar, ofislər və banklar fəaliyyətini dayandıracaq.
Avqustun 14-dək İranda 4 389 085 koronavirusa yoluxma halı aşkarlanıb. 97 208 nəfər xəstəlik səbəbindən ölüb. Ümumilikdə 18 581 226 nəfər aşılanıb ki, onlardan 14 767 598 nəfərinə hələlik cəmi bir doza peyvənd vurulub.
www.anews.az
























